Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Rəsulzadənin şəklinin əskinasların üzərinə qaytarılmasının böyük fəsadları ola bilər”

 

Mirmahmud Mirəlioğlu: “O zaman digər şəxslərin də şəkilləri əskinasların üzərinə vurulacaq”

Bu gün yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda Cümhuriyyət Günü olaraq qeyd edilməkdədir. Maraqlıdır, bu böyük günün əsas müəlliflərindən biri olan Rəsulzadənin şəklinin yenidən milli valyuta vahidlərinin üzərinə qaytarılması mümkündürmü? Buna nə dərəcədə ehtiyac var?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu indiki dönəmdə belə bir addımın atılmasının arzuedilməz nəticələr doğura biləcəyini vurğuladı:

“Əvvəllər Rəsulzadənin şəkli 1000 manatlıq əskinazların üzərində var idi. Buna qayıda da, qayıtmaya da bilərlər. Hesab edirəm ki, buna qayıtsalar, böyük fəsadlar olacaq. Çünki bu baş verərsə, o zaman silsilə şəklində bir sıra şəxslərin şəkillərini əskinasların üzərinə vurmalı olacaqlar. Bu isə doğru bir məsələ olmaz.

Zənnimcə, 28 may günü ilə əlaqədar olaraq Rəsulzadə və onun silahdaşlarının, yaxud bayrağın şəkli KİV-lərdə, televiziyalarda gün ərzində göstərilə bilər. Nə İlham Əliyevin, nə Heydər Əliyevin, nə də digər şəxslərin şəkli həmin gün televiziya ekranlarının kənarında yerləşdirilməməlidir. Hakimiyyətdəkilər bunu etməkdən qorxur. Lakin düşünürəm ki, bunu qorxmadan etmək lazımdır. Bu şəkilləri yığşdırmaq lazımdır. Çünki bu, cəmiyyətdə heç də xoş qarşılanmır. Insanlar bunu ayıb sayır. Dünya isə buna gülür. Ola bilsin ki, gələcəkdə Rəsulzadənin şəkli əskinasların üzərinə qaytarılsın. Lakin bu iqtidarın bunu edəcəyinə inanmıram”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rövşən Lənkəranskinin Bakıdan başlayan müharibəsi – Göyərtiyə görə ölümə gedənlər

%d bloqqer bunu bəyənir: