Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rəsmi görüşə 11 dollarlıq çanta ilə gələn Birinci Xanım

Onun bu qədər sadə olması hər kəsin diqqətini cəlb edib.

Forbes jurnalının dünyanın ən nüfuzlu qadınlarından biri hesab etdiyi Sinqapurun baş nazirinin həyat yoldaşı Ho Ching bu yaxınlarda Ağ evdə çox qeyri-adi bir çanta tutaraq, qonaq olub. Elə məhz onun bu çantası da ictimaiyyətin diqqətini çəkib. Tünd göy rəngli klaçın üzərində ağ siluetli dinozavrlar var və bu aksessuarın qiyməti cəmi 11 dollardır. Bu çantanı birinci xanım elə-belə səbəblərdən də seçməyib. Belə ki, həmin aksessuarı Sinqapurda autizmdən əziyyət çəkən uşaqlar üçün ilk məktəb olarn Pathlight School-un şagirdi Sito Sheng Ji dizayn edib.

Ho Chingin bu fotosu internet istifadəçilərinin də böyük marağına səbəb olub. Tələbələrin işlərini sifariş etmək istəyənlərin sayı o qədər çox olub ki, hətta növbə də yaranıb. Məktəbin işçilərinin dediyinə görə, çantanın dizayneri dinozavrlara böyük maraq duyur və dinozavr siluetləri də onların həqiqi quruluşunun tam eynisini təkrarlayır. Bütün bunları isə kitablara baxmadan, sadəcə yaddaşının verdiyi məhsullarla yaradır.

Ho Ching bu seçimi etməklə, iki şeyə birdən diqqət çəkməyi bacardı. Onun seçimi həm bu məktəbə maliyyə baxımından, həm də mənəvi baxımdan böyük kömək oldu. Əsl nümunə götürüləsi hərəkət də məhz belə olmalıdır.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Rusiya Ermənistana 1000 desant göndərir

%d bloqqer bunu bəyənir: