Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rəsmi Ankara Ərdoğanın məktubunun məzmununa aydınlıq gətirib

Ərdoğan məktubunda üzürlü hesab edin kəlməsindən istifadə edib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanladığını təsdiq edib.

24saat.com Report-a istinadən xəbər verir ki, Kalın Ərdoğanın məktubda Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulmasından dərin kədər hissi keçirdiyini bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidenti məktubunda “həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərinə şərik olduğumu, başsağlığı vermək istədiyimi və üzürlü hesab etsinlər” kimi ifadələrdən istifadə edib.

Kalın, Ərdoğanın Putinə göndərdiyi məktubda, Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin yenidən qurulması, regional böhranların həlli üçün əməkdaşlıq və terrorçuluqla birgə mübarizə aparılması üçün müraciət etdiyini bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Metyu Brayza: “Bu fakt Rusiya-Türkiyə münasibətlərinin bərpa olunmasına kömək edəcək”

%d bloqqer bunu bəyənir: