Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rəşad Məmmədov azadlıqda

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov azadlığa çıxdı. Onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hakimlər kolegiyasının qərarı ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirildi.

Xatırladaq ki, ondan əvvəl prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmaısnı istəyiblər.

Daha sonra R.Məmmədov son söz deyib. O, heç bir günahı olmadığını, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Digər təqsirlədirlənlər də son sözlə çıxış edərkən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İ.İsfəndiyarov isə həbsdəki müddətdə ən rahat gününün oktyabrın 17-i (keçmiş MTN naziri E.Mahmudovun vəzifədən kənarlaşdırıldığı gün) olduğunu deyib: ” O nazirlikdə də, hamı bilir o hansı yuvanın quşudur. O günü bildim ki, azadlığa çıxacağam. Elə o günü mən zatən bəraət almışam”.

Müşavidərən sonra məhkəmədə hökm oxunub. Hökmə görə, Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov 1 il 1ay 8 gün müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezidentlər Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yaydılar

%d bloqqer bunu bəyənir: