Loading...
Loading...
b_550_325_16777215_00_images_xeber_sekilleri_15noyabr2016_273

Rəisin oğluna hansı cəza veriləcək? – Hənifəyev Galenwageni gizlədir

Xəbər veridiyimiz kimi, bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb.

Missiya.Az-a verilən məlumata görə, hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib.

Hadisə şahidləri bildirib ki, prospketlə hərəkət edən “Galendewagen” markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı maşına çırpılıb. Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir.

Missiya.Az onu da dəqiqləşdirib ki, qəzanı törədən “Galendewagen” markalı maşın polis rəisinin oğluna məxsus olub. Nömrə nişanı 777 olan avtomobilin Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsus olduğu bildirilir.

Qəzaya səbəb sürət həddin aşılması və ara məsəfəsinin qorunmaması olub.

Maraqlıdır ki, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev mətbuata verdiyi açıqlamada oğlunun “balaca” olduğunu bildirib. Rəis onu da əlavə edib ki, ailəsinin istifadəsində Mersedes Galendewagen markalı avtomobil yoxdur.

Təəssüf edirik ki, bəzi saytlar rəisin bu açıqlamasından ruhlanaraq hazırladığı yazıya “Polis rəisinin oğlu ilə bağlı xəbər yalan çıxdı” kimi başlıq qoyub. Və elə bu da əslində bizi məsələnin üstünə getməyə və hadisənin məhz rəisin oğlu tərəfindən törədildiyini sübut etmək üçün əlavə dəlilləri açıqlamağa məcbur edir. Biz fəaliyyətə başladığımız gündən bəri bir dəfə də olsun həqiqətə uyğun olmayan qərəzli məlumat yaymamışıq. Sözüsüz ki, bu dəfə də ənənəmizə sadiq qalaraq baş vermiş hadisəni detallarına qədər araşdırmışıq. Təqdim etdiyimiz birinci xəbərdə də elə qərəzimizin olmadığını gəstərmək üçün Cəmşid Hənifəyevin oğlunun şəkillərini yaymadıq. Yaysaydıq, hörmətli Cəmşid Hənifəyev oğlunun “balaca” olduğunu, “maşın sürmədiyini” heç bir halda iddia edə bilməzdi. Biz heç İdris Hənifəyevin Galenwagen-in sükanı arxasında çəkdirdiyi şəkilləri də yaymağa lüzum görmədik. İndi də həmin şəkilləri yaymaq istəmirik. İstədiyimiz tək şey 19 yaşlı rəis oğluna hansı cəzanın veriləcəyini dəqiqləşdirməkdir. Təəssüf ki, hələ ki, bu suala cavab verən tapılmır.

Məsələ ilə bağlı qəzada zərərçəkmiş ABŞ səfirliyinin əməkdaşı ilə də əlaqə saxlamağa çalışırıq.

“Bizdə Galenwagen yoxdur” kimi açıqlamalar vermək və məlumatı təkzib etmək əvəzinə, yaxşı olar ki, İdris Hənifəyevin törətdiyi əmələ görə məsuliyyət daşıyıb daşımayacağına aydınlıq gətiriləydi

Mövzunu diqqətdə saxlayacağıq.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda ictimai yerdə siqarət çəkənlər 1000 manatadək cərimələnəcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: