Advertisements
24 saat

Rəsmi Ankara: Türkiyəli pilot Rusiya “Su-24”-nü vurmaq barədə qərarı özü qəbul edib


2015-ci ilin noyabr ayında Rusiya “Su-24”-nü vuran Türkiyə qırıcısının pilotu bu qərarı sərbəst qəbul edib.

Oxu.az-ın məlumatına görə, belə bir bəyanatla Sputnik agentliyinə müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sədr müavini, deputat Yasin Aktay deyib.

“Təyyarəni vurmaq barədə qərar havada qəbul olunub. Bu cür qərarlar pilot tərəfindən qəbul edilir, və o, belə vəziyyətlərdə tətbiq olunan müvafiq qaydalara əməl edir. Bununla belə, o, ölkənin hava məkanını qısa müddətdə pozan təyyarəni vurmaya da bilər”, – Y.Aktay bildirib.

Deputat həmçinin əlavə edib ki, Türkiyə hava məkanını artıq tərk edən Rusiya bombardmançısının məhv edilməsi bir sıra suallar doğurur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: