Loading...
Loading...

Qusarda torpaq sürüşməsi baş verdi

Son günlər bölgədə müşahidə olunan yağıntılı hava şəraiti sürüşməyə meyilli zonalarda aktivliyi artırıb. ANS PRESS-in məlumatına görə, bu aktivlik Qusarın dağlıq ərazilərinin birində qeydə alınıb.

Sürüşmə nəticəsində Qusar – Kuzun yolunun kəndin girəcəyindəki hissəsi tamamilə bağlanıb və bununla da sakinlərin rayon mərkəziylə nəqliyyat əlaqəsi kəsilib.

Dərhal “Avtoyol” SC – nin yerli idarəsinin canlı qüvvəsi vəiki texnikası sürüşən yola cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. Qurumdan da sürüşməyə səbəb kimi rayonda yağıntının miqdarının çox olması bildirilib.

“Azəravtoyol” SC-nin baş mühəndisi Sabit Rəhimov: ”Dağ yoludur, ucqar dağın ətrafında yerləşir, istinad divarı olmasına baxmayaraq yuxarıdan güclü yağış, sel axını olanda qabağına çıxan bütün daş parçalarını gətirib yolun ortasına tökür”.

Yolun günün sonunacan təmizlənərək açılacağı nəzərdə tutulub.

Ötən illərdə də Qusar rayonunun Kuzun və Susay kəndlərinə gecə saatlarında yağan güclü yağış daşqına səbəb olub. 1 saat ərzində Kuzuna 28,Susaya isə 23 mm yağıntı düşüb. Nəticədə Qusarçayda suyun səviyyəsi qalxaraq 90 sm çatıb.

Daşqın zamanı insan itkisi olmasa da, dağlardan gələn aramsız sel suları dağlıq ərazidə yerləşən Kuzun kəndində yaşayış evlərinə ziyan vurub. Selin gətirdiyi iri daşlar və qaya parçaları kəndarası və kəndə gələn yolları keçilməz vəziyyətə salıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ata namus üstündə qızının boğazını kəsdi – BAKIDA

%d bloqqer bunu bəyənir: