Loading...
Loading...
qurban-qurbanov.jpg

Qurban Qurbanov: “Qələbə qazanmaq istəyirik”

“Rəqib baş məşqçinin fikirləri ilə tanışıq. Onlar qrupdan çıxmaq üçün bu oyunun vacibliyini bildirib və qələbə qazanmaq istəyirlər. Amma qarşıda iki oyun var. Sabah belə bir stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Qələbə qazanmaq istəyirik”.

Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda Yunanıstanda PAOK-la keçiriləcək görüş haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis J qrupunun sabah baş tutacaq mübarizəsi haqda bunları bildirib: “PAOK-la oyundan əlavə qarşıda iki oyunumuz var. Qarşımıza minimum məğlub olmamaq məqsədi qoymuşuq. Demək olar ki, komanda Bakıdakı kimidir. Amma ev oyunlarını fərqli oynayırlar. Nə qədər məcbur etsələr, o qədər güclü müdafiə olunmağa çalışacağıq. Amma bununla yanaşı hücumlar qurmaq, topa sahib olmaq lazımdır. Bu çətin olacaq. Çünki rəqib sürətli, individual şəkildə yaxşı çıxış edir. Çalışacağıq ki, oyunun əvvəlindəki təzyiqdən tez çıxaq”.

Ardınca Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

– Növbəti mərhələyə hansı komandanın keçməsini istəyirsiniz?

– Bizim növbəti mərhələyə yüksəlməyimizi istəyirəm. Amma necə olacağını sabah görəcəyik.

– Reynaldo, Rəşad Sadıqov və Miçelin vəziyyəti necədir? Sabah oynayacaqlar?

– Ola bilər ki, üçü də eyni anda meydanda olmasın. Amma oynamaq ehtimalları var. Ola bilər ki, biri meydanda olsun. (“Report”)

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

“Milan” gənc oyunçu ilə maraqlanır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: