Now Reading:
Qurban Qurbanov: “PAOK-a qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməliyik”
Full Article 50 second read

Qurban Qurbanov: “PAOK-a qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməliyik”



“PAOK-a qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməliyik”. Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi qeyd edib: “Qrupda 3-cü oyunumuzu keçirəcəyik. Bizim üçün həddindən artıq əhəmiyyətli matçdır. Yaxşı nəticə əldə etmək üçün ən doğrusunu etməyə çalışmalıyıq. Komandamız oyuna hazırdır. Düzdür, bəzi itkilərimiz var. Buna rəğmən, hazırıq. Hər bir oyunçu ilə ətraflı söhbətimiz olub. Rəqibi sabahkı matça qədər yenə də təhlil edəcəyik”.

Q.Qurbanov PAOK-un 4 xalı olduğunu xatırladıb: “Çalışacağıq ki, sabah yaxşı oynayaq. PAOK-a qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməliyik. Mən azarkeşlərdən həmişə razı qalmışam. Ola bilər, stadiona az adam gəlsin. Amma bunu normal hal sayıram. Həmişə istədiyimiz kimi olmur. Sabaha kimi azarkeşimizin sayı çoxalacaq”.

Qeyd edək ki, sabah UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” Bakıda Yunanıstanın PAOK klubunu qəbul edəcək. (“Trend”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: