24 saat

26C3A8F1-A05A-49E9-B9EB-C05E71441868_w268_r1«Bu il ölkə ərazisində quraqlıq gözlənilir. Xüsusən Kür-Araz ovalığında quraqlıq olacaq. Bu da yağıntıların azalması və temperaturun artması nəticəsində baş verir».

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan doktor Məhərrəm Həsənov APA-ya belə deyib. O bildirib ki, ölkədə çaylarda suyun səviyyəsinin artıb-azalması ilə bağlı dəqiq məlumat vermək, hələ ki, mümkün deyil.

«Çünki bunu atmosfer yağıntıları ilə bağlamaq bir az tezdir»- deyən M.Həsənov son illər Azərbaycanda küləyin sürəti və yağıntıların miqdarında azalma tendensiyasının müşahidə edildiyini söyləyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: