Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qurani-Kərimin şifrəsini açmışam” – Partiya sədrindən sensasion açıqlama

Sərdar Cəlaloğlu: “Bunun üçün mənə 3 il vaxt lazım olub”

ADP sədri Sərdar Cəlaloğlu 24saat.org-a açıqlamasında Qurani-Kərimlə bağlı apardığı araşdırma ilə əlaqədar maraqlı fikirlər bildirib. Qurani-Kərimdəki 50-yə yaxın kodu açdığını bildirən partiya sədri, bunun üçün ona 3 ilə qədər vaxt lazım gəldiyini bildirib:
“Qurani-Kərimin şifrəsini, gizli kodlarını açmışam. Hansı ki, Quranı anlamaq, dərk etmək baxımından zəruri olan bu kodları açmaq üçün mənə 3 ilə yaxın bir vaxt lazım olub. Təxminən 50-yə qədər belə kod var ki, bunları açmaq Quranı düzgün anlamaq, mənimsəmək, dərk etmək baxımından vacibdir. Mən 3 il ərzində apardığım araşdırmaların nəticəsi olaraq Qurani-Kərimlə bağlı bir sıra maraqlı kəşflər etmişəm. Hansı ki, apardığım araşdırmalar və əldə etdiyim nəticələrlə bağlı təxminən 10 cildlik kitab hazırlamaqdayam ki, bu kitablarda araşdırmamım nəticələri məntiqli bir şəkildə, fakt və sübutlarla öz əksini tapıb”.
S.Cəlaloğlu ayələrlə bağlı da maraqlı fikirlər səsləndirib:
“Qurani-Kərimdə elm və məntiq eyni vaxtda verilir. Bu o deməkdir ki, hər bir ayənin məntiqi o ayənin özündədir. Bu da Allahın həqiqətə istiqamətləndirmək üsuludur. Ayəni anlamaq üçün onun üzərində düşünmək, onun məntiq və mənasını dərk etməyə çalışmaq lazımdır. Bunu dərk edirsənsə, deməli Allah səni hidayət edib. Dərk etmirsənsə, deməli Allah səni hidayət etməyib”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Süni qiymət artıranlara qarşı mübarizə aparılacaq” – Abbas Əliyev

%d bloqqer bunu bəyənir: