Loading...
Loading...

Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiasının icraatı dayandırıldı

Bu gün Nəsimi rayonu Məhkəməsində AzTV-nin sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı pul təzminatı ilə bağlı iddiasına baxılıb.

Teleqraf.com-un məlumatına görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Arif Alişanovun Qulu Məhərrəmlinin təzminat ödəməsi ilə bağlı mülki iddiasının icraatı dayandırılıb.

Buna səbəb Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi olub.

Qeyd edək ki, Arif Alışanov və Qulu Məhərrəmli arasındakı narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Arif Alışanov Qulu Məhərrəmliyə qarşı eyni müsahibəyə görə iki məhkəmə prosesi başladıb. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Qulu Məhərəmlidən 100 min manat tələb edib.

Həmçinin şərəf və ləyaqətinin təhqir olunması maddəsi ilə Yasamal Rayon Məhkəməsinə də müraciət edərək, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyib.

Musavat.com məhkəmə prosesinin gedişatı ilə bağlı professor Qulu Məhərrəmlidən açıqlama alıb.

Q.Məhərrəmli bildirib ki, Yasamal Rayon Məhkəməsində başladılan cinayət işi hələ də davam edir, mülki məhkəmənin icraatı isə müvəqqəti olaraq dayandırılıb: “Bu günki məhkəmədə isə bizim vəkillər vəsatət qaldırıb ki, əvvəlcə birinci məhkəmə sona yetsin, ona qədər ikinci məhkəmə dayandırılsın. Birinci məhkəmə prosesi yekunlaşandan sonra mülki iddiaya baxılsın. Yəni, əslində bu prosesdə sevindirici heç nə yoxdur. Sevindirici hal o zaman ola bilər ki, mətbuat AzTV sədrinə təzyiq edəcək, o da ərizəsini geri götürəcək və icraat dayandırılacaq”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

TƏCİLİ! Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi

%d bloqqer bunu bəyənir: