Now Reading:
Qulu Məhərrəmlinin iddiası üzrə məhkəmə təxirə salındı
Full Article 30 second read

Qulu Məhərrəmlinin iddiası üzrə məhkəmə təxirə salındı



Bu gün Nəsimi Rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmlinin İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, buna səbəb R. Rəcəbovun vəkili Elnur Quliyevin prosesdə iştirak etməməsi olub.

Proses mayın 25-dək təxirə salınıb.

Qeyd edək ki, Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Q. Məhərrəmli iddia ərizəsində AzTV tərəfindən barəsində çəkilən videoda R. Rəcəbovun ona qarşı təhqir səsləndirdiyini bildirib.

Səbail Rayon Məhkəməsi isə ərizəni baxılmaq üçün Nəsimi Rayon Məhkəməsinə göndərib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: