Now Reading:
“Qulağımın dibindən şillə vurdu” – Xalq artistinin həyat yoldaşı
Full Article 50 second read

“Qulağımın dibindən şillə vurdu” – Xalq artistinin həyat yoldaşı

Xalq artisti ilk dəfə ailəsi ilə birlikdə efirə çıxıb. ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan xalq artisti Ramiz Novruz maraqlı açıqlamalar verib.


Xalq artisti, həyat yoldaşı ilə tanış olması haqda danışıb:
“Yoldaşımla eyni məktəbdə oxumuşuq. Məktəbdə tamaşalar qururduq. Mən də həmin tamaşalarda iştirak edirdim. Yoldaşım da orada mahnılar oxuyurdu. Orada tanış olduq onunla”.
Tanınmış aktyorun həyat yoldaşı Xoşavaz Novruzova evlilikləri barədə maraqlı xatirələrini bölüşüb, ilk dəfədir ki, efirə çıxdığını bildirib:
“Universitet üçün fotoşəkil lazım idi. Şəkil çəkdirəndə, fotoqraf mənə dedi ki, simanız çox gözəldir, bir foto da vitrin üçün çəkəcəm. Razılıq verdim. Evə qayıdıb gələndə, Ramiz məndən şəkilin taleyini soruşdu. Vitrin üçün şəkil çəkdirdiyimi dediyim anda, qulağımın dibindən bir şillə vurdu. Elə pərt oldum ki. Məni qabağına saldı, getdik fotoqrafın studiyasına. Bütün şəkilləri alıb qayıtdıq. İlk dəfədir ki, efirə çıxıram”.
Ailəsinin efirə çıxması xalq artisti üçün sürpriz olub. O, efirdə təəccübünü gizlədə bilməyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: