Loading...
Loading...
aynur-imran-600x330

Qul bayramı – AYNUR İMRAN YAZIR

Aynur IMRAN

Hakim Qiyas İbrahimova 10 il iş kəsdi. Həm də prokurorun 9 il iş istəməsinə rəğmən. Bu bir ilk idi. Azərbaycanda hakimin qanunu, qaydaları bir tərəfə buraxıb, yaltaqlığın, yarınmağın pik həddinə vardığı bir ilk. Amma o gəncdən alınan qisas onlarla hadisələrə loyal yanaşan insanın belə narazılığına səbəb oldu. Dünən ölkədə Qiyas günü idi. Dünən ölkədə yüzlərlə insanın ürəyində o anaya görə, o gənc dəliqanlıya görə alovlanan Qisas günü idi. Atalarımız hər durumu görüb, qiymətləndiriblər zamanında. Gen qaz, dərin qaz deyiblər.

Qiyas son sözündə “Bizə tez-tez deyirlər, təhdid edirlər ki, siz özünüzü dərin quyuya salmısınız. Bəli, biz bunu çox gözəl bilirik. Biz özümüz o dərin quyuya düşmüşük ki, bəlkə suyu tapıb bu çirkabları yuya bildik. Biz o suda boğula da bilərik. Lakin, biz inanırıq ki, o suyu tapacayıq” deyib. Bəli, dünən Qiyas o suyun yolunu tapdı. İnsanların içində təlatümü, fırtınanı bir az da artırdı. Çünki hamı anlayır ki, Qiyas o heykəlin üzərinə QUL BAYRAMI yazdığı üçün həbs olunmayıb. Hamımız anlayırıq ki, Qiyas sadəcə o heykəlin üstünə yazı yazdığı üçün həbs olunub. Orda başqa tənqidi yazı da olsaydı sistem eyni cür davranardı. Heykəli bütləşdirirlər, toxunulmaz edirlər, insanların gözünü qorxudurlar. Bu millətin haqqını çalaraq, pulunu oğurlayaraq, büdcəsini və dövlətini yağmalayaraq qurulan zülm maşını indi bizim üstümüzdən keçməyə çalışır. Millət buna uzun müddət dözməz. Mümkün deyil!

Çünki bu gecə oğlu olan hər ana Qiyasın anası ilə birlikdə ağrı çəkdi, üsyan etdi. Mən sizə əminliklə deyirəm, bu ölkədə etirazı Analar başladacaq. Oğlu orduda səbəbsiz yerə qətl edilən analar, övladları təqib olunan, həbs olunan analar! Əzizləri həkim əlində ölən analar. Ənvər Seyidov kimilərin uşaqları hüquq oxuyub, universtet müəllimi olanda, uşağı təhsildən kənar qalan analar. Və bu insanları o Anaların əlindən heç kim ala bilməyəcək. Axıtdıqları hər gözü yaşının hesabını soracaqlar. Qürurları qırılan, evə çörək gətirmək üçün bir neçə işdə işləyən, ya da qul bazarında boynu bükük iş gözələyən Ərlərinin də qisasını həmçinin. Bu milləti doğuran Analar soracaq bu millətin hesabını. Dünən mən o qığılcımı Qiyasın anasının gözlərində gördüm. O qığılcım yüzlərlə ananın ürəyində atəş yandırdı. O atəşdən qorxun. Çünki bundan sonra etdiyiniz hər qanunsuzluq, hər ədalətsizlik o atəşin üzərinə bir az daha əlavə edəcək. Ta ki, sizə ulaşana qədər…

P.S. Bu gecə Ənvər Seyidov da, Ramiz Mehdiyev də, İlham Əliyev də oğullarının üzünü görüb, heç olmasa səsini eşidib yatağa girib. Qiyasın anası isə tək böyütdüyü övladının taleyinə ağlayıb sabaha qədər, boş, kasıb, soyuq otağında….

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Şəbnəm Tovuzlu skandalında Cavid Qurbanov izi – Şok iddialar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: