Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qubernator aclığa başlayır

Rusiyanın Kirov regionunun qubernatoru, Kremlin tənqidçisi, ötən həftə rüşvət ittihamıyla saxlanmış Nikita Belykh aclıq aksiyasına başlayıb. Bu barədə iyunun 29-da onun vəkili açıqlama yayıb.

Vəkil Vadim Prokhorov-un sözlərinə görə, Belykh bu barədə Lefortovo həbsxana rəhbərliyini məlumatlandırıb, ona qarşı ittihamlara, eləcə də ikinci vəkiliylə görüşə icazə verilməməsinə etiraz edir.

Vəkil deyir ki, Belykh rüşvət alması barədə ittihamları qətiyyətlə təkzib edir, qubernator “doğrudan da, sağlam görünmür”.

Belykh keçmişdə Kremlin tənqidçisi kimi tanınıb, liberal müxalifət partiyası olan Sağçı Qüvvələr Birliyinin lideri olub.

Rusiya İstintaq Komitəsi onu 400 min avro (444 min dollar) rüşvət almaqda ittiham edir. O, iyunun 24-də Moskvada restoranda saxlanıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Rəqqasələr İstanbuldan qayıda biliblər

%d bloqqer bunu bəyənir: