Qubada dağ uçqunu: 8 kəndlə əlaqə kəsildi

Quba rayonun dağlıq ərazidə sürüşmə baş verib.

Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə, Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

“Azəravtoyol” ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov “Report”a bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: “Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar”.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Sabah bu ərazilərdə qaz olmayacaq

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: