Advertisements
24 saat

Qubad İbadoğlu: “Siyasi məhbus qalmayacaq demişdim”


“Qızım Jalə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olundu. Ailəmizi, qohumları, yaxınları, dostları sevindirdi.

Həsrətlə gözlədiyi arzusuna çatdı”. 24saat.org-un xəbərinə görə, bunu iqtisadçı-alim, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, qızı hüquqşünas olmaq istəyini 3-4 il bundan əvvəl bildirmişdi: “Arzusu siyasi məhbusların haqlarını müdafiə etmək idi. Mən də o zaman sən universitetə qəbul olunanda ölkəmizdə siyasi məhbus qalmayacaq demişdim. O da gülərək bildirmişdi ki, 5 ildir ki, eyni söhbəti aparırsınız. O haqlı çıxdı. Hazırda təəssüflər olsun ki, hüquqlarının müdafiəsi tələb olunan çoxsaylı siyasi məhbuslarımız var. Arzu edək ki, Jalə universitetdə oxuyanda siyasi məhbuslar problemi həll olunsun, o da ixtisasını mənim arzuladığım kommersiya-biznes hüququna dəyişsin ki, Azərbaycan xalqından oğurlanmış pulları dövlət büdcəsinə qaytara bilək

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: