Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qubad

Qubad İbadoğlu: “Bahalaşma davam edəcək”

2016-cı ilin yanvar-oktyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,4 faiz artıb. 

Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayarkən qeyd olunub. Ancaq təbii ki, bu rəqəmlər rəsmi şəkildə açıqlansa da reallığı əks etdirmir. Məsələn, ərzaq məhsulları bazarında bir çox gündəlik tələbat mallarının 30-40 faiz bahalaşması günümüzün reallığıdır.
Bəs, bu bahalaşma nə zamana qədər davam edəcək? Nə zaman biz stabil qiymətlərin şahidi olacağıq?
İqtisadçı ekspert Qubad İbadoğlu musavat.com-a açıqlamasında bildirdi ki, nə qədər ki, Azərbaycan bazarı idxal malları əsasında formalaşır, bir o qədər də qiymətlərin  artmasının qarşısını almaq mümkün olmayacaq: “Nəzərə almaq  lazımdır ki, devalvasiya idxal mallarını bahalaşdırmaqla yanaşı yerli məhsulların qiymətlərində də təsir göstərir. Yəni, bazarların qarşılıqlı fəaliyyəti var. Biz bazarda yerli məhsulu 5 manata, eyni xarici məhsulu 10 manata satmaq olmaz. Məsələn, bazarda hm yerli, həm də xarici kərə yağı təklif olunur. Onların bəziləri Avropadan, Zellandiyadan, eyni zamanında keçmiş MDB ölkələrindən gətirilən məhsullardır. O cümlədən yerli məhsullar da var. əgər uzaq xaricdən və ya MDB ölkələrindən gələn kərə yağının qiymətində artım varsa, o zaman faktiki olaraq bu yerli məhsulun da qiymətinin bahalaşmasını şərtləndirir”.
İqtisadçının sözlərinə görə, yerli və xarici bazarların qarşılıqlı fəaliyyəti, eyni zamanda devalvasiya, bazarda monopoliyanın olması və mövsümi amillər nəticəsində ərzaq məhsullarının qiymətinin artmasına təsir edən amillər olduqca fəallaşıblar: “Bu davamlı olacaq. Çünki mövsümi faktorlar önə çıxacaq. Qarşıdakı aylarda xüsusən də kənd təsərrüfatı məhsulları baxımından əlverişli deyil. Hal-hazırda gedən proses qiymətlərin artmasına yönəlib. Bu da bahalaşma ilə bağlı tendensiyanın davamlı olacağından xəbər verir. Yalnız bu ilin son iki ayında deyil, növbəti ilin ilk 3-4 ayında da davam edəcək. 2017-ci ilin ilk aylarında qiymətlərdə stabillik də yarana bilər. Çünki, ilin ilk aylarında alıcılıq aşağı düşür, təklif artdığı halda tələb azalır. Bu da qiymətlərin müəyyən mənada stabilləşməsinə gətirib çıxarır.  Lakin indiki  halda yaxın 6 ayda  bahalaşma qaçılmazdır. Qarşıdakı 6 ayda inflyasiya daha çox olacaq və qiymətlər artıma meylli olacaq”.
Qubad İbadoğlu bu məsələdə monopoliya amilinin olduğunu da vurğuladı: “Monopoliya yalnız idxal mallarında deyil, daxili istehsal bazarındakı monopoliya idxal mallarının daxili bazardakı payını azaldırsa, qiymətlərə daha çox təsir etmək imkanına malik olur. İndi bəzi məhsullar üzrə monopoliya aradan qaldırılıb. Bu yaxınlarda biz  bananın qiymətində ucuzlaşma müşahidə etdik. Bu da inhisarçılığın aradan qaldırılması ilə bağlıdır. bu işlə çoxlu şirkətlər məşğul olanda, rəqabət yarananda bu qiymətlərin ucuzlaşmasına gətirib çıxarır. Yerli istehsalda monopoliya hələ də qalır. Bu təkcə ərzaq məhsulları deyil, həmçinin qeyri-ərzaq sahəsində , tikinti materialları sənayesində də iri holdinqlər var. O şirkətlər hələ də qiymətləri yüksək  saxlamaqla daha çox gəlir əldə etməyə çalışırlar. Amma başa düşmək lazımdır ki, ölkədə hazırki iqtisadi böhran həmdə alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarıb. Alıcılıq qabiliyyəti  aşağı olduğu halda yüksək qiymətlərlə mal və xidmət satışı həyata keçirmək siyasəti düzgün deyil. Ən vacib məsələlərdən biri rəqabətin dəstəklənməsidir”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Nazirlik: Azərbaycan iqtisadiyyatına investisiyalar gələn il 19% azalacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: