Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qaz

Qubad İbadoğlu: Azərbaycanda qiymətlərin artımının yeni dalğası başlayacaq

İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının qərarını şərh edib.

Hansı qiymətlər bahalaşıb?

Qaz və işığın satış qiymətlərinin diferensiallaşdırılması (istehlak səviyyəsinə görə fərqləndirilməsi) barədə qərar qəbul edilib. Belə ki, Tarif Şurasının dünənki iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətləri bahalaşdırılıb. Şuranın iclasında həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilmiş, mövcud dərman vasitələrinin qiymətləri artırılıb.

Beləliklə də ölkədə 1 gündə təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının və dərman peraparatlarının qiymətində bahalaşmaya qərar verilib.

Qiymətlər nə qədər bahalaşıb?

Əhali üzrə qazın qiyməti illik istehlak həcmi 1500 kubmetrədən çox olan istehlakçılar əvvəlki kimi hər 1 kubmetrə görə 10 qəpik deyil, 2 dəfə çox – 20 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra o ildə ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək, əgər başqa bir istehlakçı istifadə etdiyi qaza görə hər ay 30 manat, ildə 360 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ildə o ayda 17 manat 50 qəpik, ildə isə 210 manat çox, bütövlükdə isə 1 il üçün 570 manat ödəyəcək, ayda 40 manat, ildə 480 manat ödəyənlər isə gələn ildən ayda 27 manat 50 qəpik, ildə isə 330 manat çox, bütövlükdə isə 1 il üçün 810 manat ödəyəcək.

Əhali üzrə işığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox – 11 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək, başqa bir istehlakçı ayda 28 manat, ildə 336 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 44 manat 50 qəpik, ildə isə 534 manat ödəyəcək, digər istehlakçı hər ay 35 manat, ildə 420 manat xərcləyirdisə, dekabrın 1-dən sonra ildə o ayda 62 manat 50 qəpik, ildə isə 750 manat ödəyəcək.

Göründüyü kimi, illik 1500 kubmetrdən çox qaz, 3000 kilovat-saatdan çox işıq istehlak edənlər üçün qiymətlər əhəmiyyətli dərəcəcə bahalaşır.

Qiymətlərin bahalaşması nə ilə əsaslandırılıb?

Tarif Şurasının açıqlamasına görə, qiymətlər Dövlət Neft Şirkətinin və “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında bahalaşdırılıb. Dövlət Neft Şirkəti bunu zəruri edən səbəb kimi son illərdə şirkət tərəfindən investisiyanın qoyulması, xidmətin keyfiyyətinin artırılması, satdığı qazın bir hissəsinin əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınmasını əsas göstərib. Eyni zamanda təklif edib ki, bütün istehlakçılar üçün təbii qaz tarifi hər min kubmetr üçün 180 manata qaldırılsın.

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində də sərmayə qoyuluşunu artırdığına görə, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndəsatış üzrə marjanın 2,8 qəpik qaldırmağı təklif edib.

Tarif Şurası da əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimlənməsində diferensial tarif yanaşmasına qərar verib.

Bu şirkətlərin əsaslandırmaları əsassızdır, çünki, qaz təhcizatı sahəsində xidmətin keyfiyyəti barədə danışmağa dəyməz, əməliyyat şirkətlərindən alınan qazın qiyməti də neftin qiymətinə konvertasiya olunduğundan istənilən halda ucuzlaşmalı idi, sərmayə qoyuluşuna gəlincə, qaz indiyədək pulsuz verilməyib ki, onun satışından yığılan pullar investisiya qouluşlarının maliyyələşdirilməsinə gedib. Eyniylə elektrik enerjisi istehsalı və təhcizatına da sərmayə qoyuluşu satışdan gələn gəlirlər hesabına maliyyələşdirilib.

Bu qərarın hansı bazarlara təsirləri ola bilər?

Bu qərarın həm psixoloji və həm də iqtisadi təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Köhnə tariflə istifadə edə bilərsiniz – Qazpulu ilə bağlı ŞAD XƏBƏR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: