Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Quba-Xınalıq yolunda yol nişanları güllələnib – FOTO

Quba-Xınalıq yolunda yol nişanları güllələnib.

5 saylı “Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanov “Report”a bildirib ki, belə hal ilk dəfə il yarım əvvəl baş verib: “Bu yoldakı 20-yə yol dirəyinin üzərindəki nişanları çıxarmışıq. Yol nişanlarına müxtəlif çaplı ov tüfəngi ilə atəş açılıb”.

Quba Ryon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin Təbliğat və təşviqat üzrə inspektoru Azad Əsədov sayta açıqlamasında yol nişanlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: “Yol nişanları sürücünün təhlükəsizliyinə xidmət edir. Yol nişanlarına zərər vurulması halını görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bakıda “uçan adam” peyda oldu – VİDEO

%d bloqqer bunu bəyənir: