Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qrant Baqratyan: ”Bir erməni 1 ilə 1600 kiloqramı necə yeyir”

Ermənistanda kənd təsərrüfatı üzrə statistik rəqəmlər reallıqdan kəskin şəkildə fərqlənir. Virtualaz.org «Ermənistran xəbərləri» portalına istinadən xəbər verir ki, bunu həmin ölkənin parlamentinin növbəti iclasında müxalifətçi deputat Qrant Baqratyan kənd təsərrüfatı naziri Serqo Karapetyana müraciətlə deyib.

«Bitkiçilik məhsulları — meyvə və tərəvəz — adambaşına hesabladıqda ildə 1149 kiloqram təşkil edir. Bir adama. Kim bu qədər yeyir? 540 kiloqram da heyvandarlığın payına düşür. 1600 kq. Axı kimdir bu qədər yeyən? Adam gündə 100 qram pendir, 250 qram çörək, 200 qram ət yeyə bilər, aydındır. Bəs sonrası?» – Baqratyan təəccübünü gizlədə bilməyib.

Onun sözlərinə görə, rəqəmləri Milli Statistika İdarəsinin məlumatları ilə tutuşdurub. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi 769 min tondan danışırsa, statistika idarəsi 250 min ton haqda məruzə edir. «Yerdə qalan 519 min ton hara gedib, məlum deyil. Biz dürüst rəqəmlərə çıxmalıyıq. Korrupsiya ilə mübarizə buradan başlamalıdır», – müxalifətçi sözlərini belə yekunlaşdırıb.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Silahlı şəxs məmurun arvadını öldürmək istədi -Universitetdə insident

%d bloqqer bunu bəyənir: