Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qorxmaz

Qorxmaz Hüseynov yüzlərlə ailəni çörəksiz qoydu – Təfərrüat

“Azərsu” ASC-də kütləvi ixtisarlar başlanıb. Bu barədə 24saat.org-un əməkdaşı qurumun qəza xidmətində çalışan işçilərdən biri məlumat verib.

İxtisar əmrini kim verib?

Onun sözlərinə görə, nəhəng dövlət müəssisəsində kütləvi şəkildə ixtisarlar getməkdədir.

Artıq qurum rəhbərliyi tərəfindən hamıya bildirişlər paylanıb. Qəza xidmətinin gecə növbətçisi olan şəxsin sözlərinə görə, hamıya xəbərdarlıq olunub.

Artıq “Azərsu”nun həm Bakı, həm yerli şöbələrində işçilərin sayı kifayət qədər azaldılacaq. Buna səbəb kimi iqtisadi böhran və büdcə xərclərinin azaldılması göstərilib.

Məsələn, qəza xidmətinin gecə işçiləri tamamilə ləğv ediləcək. Bu o deməkdir ki, paytaxtın hər hansı ərazisində qəza baş verərsə, “Azərsu” ASC əməkdaşları hadisə yerinə cəlb oluna bilməyəcək.

Qurum prezidenti Qorxmaz Hüseynovun əmri ilə başladılan ixtisarlar yüzlərlə ailənin işsiz və çörəksiz qalması deməkdir. Bildiriş alan işçilər prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır.

Onların sözlərinə görə, ölkədə iqtisadi vəziyyət getdikcə ağırlaşır, bahalaşma gedir, banklar vətəndaşların boğazından yapışaraq kredit borclarını tələb edir və belə bir zamanda Q.Hüseynov işsizlər ordusu yetişdirir, yüzlərlə ailəni çörəklə imtahana çəkir.

Məlumatda deyilir ki, bildiriş alan şəxslərlə heç bir söhbət aparılmayıb, onlara çıxış yolu göstərilməyib. Çarəsiz vəziyyətə düşən minlərlə “Azərsu” ASC əməkdaşı Q.Hüseynovdan izahat tələb edir.

Onların sözlərinə görə, prezident hər çıxışında iş yerlərinin açılmasının vacibliyindən danışır, tapşırıqlar verir, məmurlar isə qulaqrdı edirlər.

Baş nazirin birləşdirmə hoqqası

24saat.org xəbər verir ki, Nazirlər Kabineti “Azərsu” ASC strukturu ilə də bağlı bəzi məsələlər barədə qərar verib. Qərara əsasən “Azərsu” Ekologiya İdarəsi “Bakı Sukanal” İdarəsinə, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib.

“Azərsu”nun “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti qurumun “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən ediliblər.

“Azərsu”nun “Mingəçevir Sukanal” İdarəsi və “Şirvan Sukanal” İdarəsi qurumdan çıxarılaraq “Birləşmiş Sukanal” MMC-nin tərkibinə daxil ediliblər.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Nazirlər Kabinetinin bu qərarı faktiki olaraq “Azərsu”da kütləvi ixtisarları şərtləndirib.

Hakimiyyət maliyyə böhranı başlayandan ən müxtəlif üsullarla büdcə təşkilatlarında ixtisarlar aparır. Bu üsullardan biri də struktur dəyişiklikləridir. “Azərsu”da aparılan bu dəyişikliklər də xeyli əməkdaşın işsiz qalması ilə nəticələnib.

Kanalizasiyada yuyulan pullar

Onu da deyək ki, “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynov 16-18 oktyabr tarixlərində yağış fəlakətindən sonra istefa verməliydi. İki gün paytaxta yağan yağış Binəqədi, Sabunçu və Yasamal rayonlarında biabırçılığı üzə çıxardı.

Yağmur həm su-kanalizasiya sistemi ilə bağlı cavabdeh qurumların məsuliyyətsizliyini, özbaşınalığını ortaya qoydu, həm də həmin strukturların Bakını iflic etdiyini sübuta yetirdi. Bildirək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” var.

Proqramın icrası üçün 87 milyon, Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 181,112 milyon, 2011-ci ilin büdcəsində “Azərsu” ASC-yə əsaslı vəsait qoyuluşları üzrə isə 73,550 milyon manat vəsait ayrılıb.

Q.Hüseynov vəzifə səlahiyyətlərindən istifadə edərək qohumlarının yaxın adamlarının adına müxtəlif şirkətlər açıb. Həmin şirkətlərin bir çox rayonlarda həyata keçirilən su və kanalizasiya lahiyələrində iştirakı təmin edilib.

Nəticədə böyük korrupsiya maxinasiyalarına yol açılıb. Bu şirkətlərdən biri də “Hidro-İnşaatServis” MMC-dir.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İraq türkmanlarının lideri:”Dəfələrlə Azərbaycan hökumətinə səslənmişik ki, burada sənin xalqın var”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: