Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qonşusunu xilas etmək istəyərkən öldü -Faciə

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bədbəxt hadisə Sabunçu rayon sakini, 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun həyətində baş verib.
Belə ki, E.İbrahimovun həyətində elektriklə işləyən, aparatla su quyusu qazan qonşusu, 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviç təxminən 20 metr dərinlikdə olarkən huşunu itirib.
Bunu görən E.İbrahimov dərhal quyuya enib və qonşusunu xilas etməyə çalışıb. Lakin o da dərinlikdə huşunu itirib. Bunu görən yaxınları quyuya düşməyin riskli olduğunu görüblər və xilasediciləri çağırıblar.
İlkin araşdırma zamanı məlum olub ki, hər iki şəxsin ölümünə quyu qazılarkən onun dibinə qoyulmuş elektrik generatorunun buraxdığı qaz səbəb olub.
Araşdırmalar davam etdirilir.(Lent.az)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bakıda dəhşətli qəza: Qadınlar maşından uçdu – VİDEO

%d bloqqer bunu bəyənir: