Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qonşu dövlətlər Azərbaycan manatından niyə üz döndərib?

Samir Əliyev: “Manatın mübadiləsi bu dövlətlərə sərf etmir”

“Manat getdikcə dəyərdən düşməkdədir”

Son vaxtlar qonşu Türlkiyə və Gürcüstanın valyutadəyişmə məntəqələrində manatın digər valyutalarla dəyişdirilməməsi, manatla bağlı istənilən əməliyyatdan imtina edilməsi bu ölkələrə səfər edən azərbaycanlılarda ciddi narahatlıq doğrumaqdadır.
Qonşu ölkələrdə manata olan bu münasibətin səbəbi nədir? Bu, sürətlə dəyər itirən manata olan inamsızlığın nümunəsidir, yoxsa prosesə təsir göstərən başqa amillər də mövcuddur?
24saat.news-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycan manatı sərbəst, dünyəvi valyuta deyil. Nə dollar, nə avro, nə funt-sterlinq deyil. Hətta rubl da deyil. Rubl qədər geniş yayılmayıb. Daha çox azərbaycanlıların ticarətlə məşğul olduğu ölkələrdə – İran, Gürcüstan, Türkiyədə manat daha çox istifadə olunurdu.
Azərbaycan manatı uzun müddət bahalı valyuta olub və məzənnəsi sabit qalıb. Buna görə də bu valyutaya maraq olub. Lakin indi manat getdikcə ucuzlaşır, dəyərdən düşür. Buna görə də sözügedən ölkələrdə manatdan istifadə məqsədəuyğun hesab edilmir.
Manatla bağlı yaşanan bu proses siyasi amillərlə bağlı deyil. Bu, sırf iqtisadi amillə bağlıdır. Azərbaycan manatına tələbat az olduğundan manatın alqı-satqısı həyata keçirilmir. Manat satmaq artıq valyutadəyişmə məntəqələrinə sərf etmir.
Hesab edirəm ki, yaxın gələcəkdə manata olan maraq bir qədər də azalacaqdır. Ola bilsin ki, yalnız bir müddətdən sonra iqtisadi vəziyyətdən asılı olaraq manata olan münasibət də dəyişsin”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Neft Fondu 29 banka 50 milyon dollar satdı

%d bloqqer bunu bəyənir: