Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qol vaxtı saçını sığallayan türk futbolçu — DANIŞDI

Futbol üzrə Avropa çempionatı çərçivəsində Türkiyə-Xorvatiya matçında xorvat futbolçu Luka Modricin qolla nəticələnən zərbəsi zamanı saçını sığallaması ilə gündəmə gələn Türkiyə millisinin futbolçusu Ozan Tufan onu ittiham edənlərə cavab verib.

24saat.org publika.az-a istinadən bildirir ki, gənc futbolçu Türkiyə-Xorvatiya oyununda buraxılan bir qola görə ancaq onun əsas günahkar bilinməsi ittihamları ilə razılaşmayıb.

Ozan Tufan deyib ki, həmin oyunda anidən əlini saçına atıb və bunun vurulan qolla heç bir əlaqəsi olmayıb: “Açığı təsəvvür edə bilmirəm ki, bir saniyəlik saçımı düzəltməyim nə üçün Türkiyənin əsas gündəmi olur? Buna görə məni ittiham etmək doğru deyil. Təbii ki, biz də hər kəs kimi çempionatı qələbə ilə başlamaq istəyirdik. Ancaq hələ heç də gec deyil. Qrupdan çıxmaq üçün qarşıda oynayacağımız iki matçımız var. Ona görə də bütün Türkiyə xalqından və azarkeşlərdən böyük dəstək gözləyirik. Xahiş edirəm ki, bizi “filankəs filan komandanın üzvüdür” deyə ayırmayın. Fransada biz bir milli komandayıq və hər birimizi “ay-ulduzlu” olaraq bilin. İnşallah növbəti matçlarda biz bu komanda ilə uğurlara imza atacağıq”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Avro-2016: bu gün üç oyun keçiriləcək

%d bloqqer bunu bəyənir: