Loading...
Loading...

“Qızlarınız açıq-saçıq geyinir, bu mənim xoşuma gəlir” – Ərəb turist

Bu il Azərbaycana gələn turistlərin sayı hiss ediləcək dərəcədə artıb. Bakının mərkəzi küçələrində hər addım başı ərəb, iranlı turistə, eləcə də digər millətlərin nümayəndələrinə rast gəlmək olar. Ərəblərin sayı digərləri ilə müqayisədə çoxluq təşkil edir.

Son günlər sosial şəbəkələr və ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də ərəblərin Bakıya axınıdır. Zəngin ərəblər Bakıya niyə gəlirlər?
Bu sualı Bakının əncəbi qonaqları özləri cavablandırıblar.
Ailəsi ilə istirahət etmək üçün Bakıya gələn Məhəmməd dövlət işində çalışır. O, əməkdaşımızla söhbətində Azərbaycana həyat yoldaşı, 5 uşağı və xidmətçiləri ilə birgə gəldiyini deyib.
“Bakının belə gözəl və sərin olacağını gözləmirdim. Dubayda biz evdə və ofisdə kondisioner altında işləyirik. Yalnız axşamlar çölə çıxa bilirik. Sizdə isə fərqi yoxdur, günün istənilən vaxtə küçəyə çıxıb, gəzmək olar. Bakının havası, dənizi bizi valeh edir. Məncə, siz bu baxımdan bizdən daha şanslısınız”.
Taliyə adlı ərəb xanım Dubaydan Bakıya gəzməyə gəlib. Bank işçisi olduğunu deyən xanımı Bakıda təəccübləndirəm məqam qadınların hicabsız rahat gəzməsidir.
“Doğrudur, mən bir çox ölkələrdə olmuşam. Qadınların hicabsız gəzməyi maraqlı, həm də qəribə görünür. Sizdə yalnız yaşlı qadınlar başlarını bağlayırlar. Qızlarınız qapalı geyinmirlər, küçədə rahat geyimlərdə, başıaçıq gəzə bilirlər. Bu mənim xoşuma gəlir. Onu da deyim ki, Dubayla müqayisədə bura nisbətən ucuzdur. Bizdə hər şeyin qiyməti bahadır. Mən anlayıram ki, bizim ölkə zəngindir, qiymət bahalığı bu səbəbdəndir. Bakıda nəisə almaq və ya yemək sifariş vermək mənim büdcəmə uyğun gəlir. Sizin mətbəxinizdə ən çox kabab və kiftəni xoşlayıram. Çətinliyim isə ondan ibarətdir ki, Bakıda insanlar daha çox rus dilində danışırlar, mən isə ingilis dilini bilirəm”.
Səudiyyə Ərəbistanından olan Mənsur Bakının havasına heyran qalıb. Ərəb qonaq zarafatla deyir ki, yəqin, cənnət də belə hava olacaq.
“Mən ingilis dilini çox az bilirəm. Bu səbədən kimləsə ünsiyyət qura bilmirəm. Bakının havası çox xoşuma gəlir. Nəfəs aldıqca başımı qaldırıb səmaya baxıram, deyirəm yəqin Allahın cənnəti belə olur. Bir də insanlarınız gülərüzdülər. Bu çox xoşuma gəlir. Hərdən sizin vətəndaşlar gəlib məndən soruşurlar ki, sizdə yenə də dörd arvadlılıq var? Gülüb deyirəm ki, yox, bu adamdan asılıdır. Ərəblərin hamısı heç də 4 arvad almır. Nədənsə bu mənə gülməli gəlir”.
Urmiyadan Azərbaycana təşrif buyuran Şəbnəm adlı turist: “Bakıya ilk dəfədir gəlirəm. Buranı internetdən izləyirdim. İndi burada olmaq, Bakının küçələri ilə gəzmək mənə çox qəribə gəlir. Qadınlarınız çöldə başqa cür geyinir, başlarını bağlamırlar. Bakı çox müasir şəhərdir. Yeməklərinizin adları qəribədir. Amma çox dadlı yeməkləriniz var. Bir yeməyi eyni ərzaqlardan, eyni qayda ilə hazırlayırıq. Məsələn, bizdə “Mirzəqasım” adlındırdığımız yemək sizdə başqa cür adlanır, dadı da fərqlidir”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Adam oğurluğu və zorlama cinayətlərinin açılması…” – Zakir Qaralov

%d bloqqer bunu bəyənir: