Loading...
Loading...
101479

Qızının ölümünə dözməyən ata intihar etdi

Bərdə rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə oktyabrın 12-də saat 13 radələrində rayonun Şirvanlı kəndində baş verib. Kənd sakini, 1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, bir neçə ay əvvəl E.Cəbiyevin qızı vəfat edib. Bu günlərdə isə onun qızının doğum günü imiş və bu münasibətlə Eyvaz Cəbiyev ailə üzvləri ilə birgə məzarlığa gedərək qızının qəbrini ziyarət edib. Gərgin psixoloji vəziyyətdə olan ahıl kişi daha sonra öz həyatına son qoyub.(Trend)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Professor dərsdə vəfat etdi…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: