Advertisements
24 saat

“Qızıl top”a namizədlərin tam siyahısı elan edildi


Fransanın “France Football” jurnalı mövsümün ən yaxşı oyunçusuna təqdim edilən “Qızıl top” mükafatına namizədlərin tam siyahısını dərc edib.

Moderator.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə oktyabrın 24-də nəşrin saytında məlumat yayılıb.

Gün ərzində jurnal müəyyən zaman fasiləsilə beş namizədin adını dərc edib.

Nəticədə siyahıya 30 namizəd daxil edilib: Serxio Aquero, Kevin De Bruyne (hər ikisi “Mançester Siti”dən), Pyer-Emetik Obameyyanq (“Borussiya” Dortmunt), Qaret Beyl, Kriştianu Ronaldu, Toni Kroos, Luka Modriç, Pepe, Serxio Ramos (hamısı “Real”dan), Canluici Buffon, Paulo Dibala, Qonsalo İquain (hamısı “Yuventus”), Dieqo Qodin, Antuan Qrizmann, Koke (hamısı “Atletiko”), Zlatan İbragimoviç, Pol Poqba (hər ikisi – “Mançester Yunayted”), Andres İnyesta, Lionel Messi, Neymar, Luis Sauares (hamısı “Barselona”dan), Robert Levandovski, Tomas Müller, Manuel Noyer, Arturo Vidal (hamısı “Bavariya”), Uqo Lyoris (“Tottenhem”), Riyad Marez, Ceymi Vardi (hər ikisi “Lester Siti”), Dimitri paye (“Vest Hem”), Ruy Patrisiu (“Sportinq Lissabon”).

Mükafatın hazırkı sahibi “Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: