Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qızıl ehtiyatı 2 dəfə artıb. İstehsal azalıb

“Azərbaycanın qızıl ehtiyatları 2 dəfədən çox artıb. Bu son illərdə kəşf olunmuş yataqlar hesabına baş verib”.

Bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Ekologiya və təbii sərvətlər naziriHüseynqulu Bağırov bildirib.

Nazirin sözlərinə görə, qızıl yataqları da daxil olmaqla, Azərbaycanda 900-ə yaxın faydalı yataq qeydə alınıb.

“Onlardan 253 yataq, o cümlədən 18 filiz, 55 qeyri-filiz, 179 inşaat materialları yataqları və 1 yeraltı şirin su yatağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra qeydiyyata alınıb. Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir” – nazir deyib.

Ancaq qəribədir ki, rəsmi rəqəmlərə görə, son aylarda qızıl hasilatında azalma müşahidə olunur. Statistika Komitəsinin bilgilərinə görə, bu ilin yanvar-mart aylarında 13 383 unsiya qızıl istehsal edilib. Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz az olduğu bildirilir.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Dollar bu gün neçəyədir?

%d bloqqer bunu bəyənir: