Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qızıl ərintisində üzən narkokartel pulları

ABŞ-dakı Meksika narkotik kartelləri qazancların evə – Meksikaya necə keçirəcəklərini bilmir. Hökumət maliyyə qurumlarını çirkli pulların yuyulmasına qarşı tədbirləri sərtləşdirməyə məcbur etdiyindən, pulları bank vasitəsilə köçürmək işə yaramır. Azı bir beynəlxalq kartelin pullarını qızıl külçələrlə keçirdiyi artıq bilinir.

MƏŞHUR NARKOBARONUN ŞİRKƏTİ…

Bir zamanlar dəfələrlə həbsxanadan qaçmağı bacaran «El Chapo» kimi tanınan məşhur narkobaronJoaquin Guzman-ın başçılıq etdiyi Sinaloa karteli ABŞ-da narkotik satışından əldə etdiyi gəlirin bir hissəsinə lombardlardan qızıl alıb. Bu fakt məhkəmə materiallarında öz əksini tapıb. Sonradan kartel 98 milyon dollarlıq qızılı Floridada yerləşən bir şirkətə göndərib. Şirkət də onu əridərək nağd pula satıb. Ardından kartel əldə edilən qazancın Meksikaya göndərilməsini əsaslandırmaqdan ötrü saxta qaimələrdən yararlanıb.

İstər məhkəmə sənədləri, istərsə bu sxemi bilən insanların danışdıqları çox böyük məbləğdə qanunsuz pulların köçürülməsində qızıldan necə istifadə olunduğunu göstərir.

KEÇMİŞ ÖZƏL AGENT DEYİR Kİ…

ABŞ Xəzinəsinin keçmiş özəl agenti, çirkli pulların yuyulması barədə kitablar müəllifi John Cassara deyir ki, «Əlimdə yuyulmağa çoxlu pul olsaydı, şəxsən mən qızılı seçərdim. Doğrudan da heç nə onun əvəzini verməz. Qızılı əridəndən sonra məhsulun mənşəyini müəyyənləşdirmək çox çətindir. Onu tezcə nağd pula çevirmək olar. Qızılla iş görən bir çox şirkətdən ciddi qayda gözləmək hər hansı bank qədər tələb edilmir».

Hökumət adi şübhə nəticəsində sözügedən sxemdən yararlanan «Natalie Jewelry» şirkətinin izinə düşüb.

ABŞ GÖMRÜK HESABATLARINDAN GÖRÜNÜB Kİ…

Daxili Təhlükəsizlik Departamentinin təqaüddə olan agenti Lou Bock-un sözlərinə görə, ABŞ gömrük hesabatlarından görünüb ki, «Mayamiyə həddindən çox qızıl gedir». O, təmsil etdiyi agentliyə bundan şübhələndiyini söyləyib, axı Mayamidə zərgərlik məmulatı hazırlanmır.

2014-cü ilin yanvarında federal agentlər gömrük hesabatlarında «Natalie Jewelry»nin emal etdiyi qızılın həcmi ilə dəyəri arasında uyğunsuzluğu görərək, şirkətin Mayaminin şimalındakı ofisinə gəliblər. Onlar burada nağd pul və yüzlərlə kiloqram qızıl və gümüş aşkar edərək, beləcə, vergidən yayınma sxemini üzə çıxarıblar. Üstəlik, «Natalie Jewelry»nin sənədlərindən, Sinaloa karteli də daxil, narkotik şəbəkələrinin çirkli pullarının yuyulması ilə onun bağlı olduğu üzə çıxıb.

BİRİ MƏHBUS, O BİRİ HÖKM ÇIXARILANADƏK AZADLIQDADIR…

Florida işinin sənədlərində qeyd edilir ki, «Natalie Jewelry»nin sahibləri Jed və Natalie Ladin Mexiko şəhərində öz şirkətlərinə ofis açıblar. «Natalie Jewelry» ona göndərilmiş qızılı emal şirkətləri kimi tanınan başqa şirkətlərə göndərməli idi.Onlarsa öz növbələrində qızılı əridərək, öz komission faizlərini götürür, qalan qızılı da geri qaytarırdılar.

Şirkətin sahibləri olan Ladin-lər meksikalı narkotik tacirinin çirkli pullarının yuyulmasında iştirak etdiklərini boyunlarına alıblar. Jed üç il həbs cəzası alıb. Natalie isə, hələlik, hökm çıxanadək azadlıqdadır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İtaliyalı nazir: Britaniya Aİ-də qala da bilər

%d bloqqer bunu bəyənir: