Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qiymət artımı dünyada baş verən proseslərdən asılıdır”

 

Siyavuş Novruzov: “Beynəlxalq aləmdəki proseslərin ölkəmizə də təsiri var”

Deputat Siyavuş Novruzov 24saat.org-a açıqlaamsında dünyadakı bahalıq və iqtisadi durğunluğun Azərbaycan iqtisadiyyatı və müxtəlif məhsullarla bağlı qiymətlərə təsirindən danışıb. Azərbaycanın beynəlxalq sistemin tərkib hissəsi olduğuna diqqət çəkən millət vəkili, bu sistemdə baş verən təbəddülatların ölkəmizə də az və ya çox dərəcədə təsir etdiyini vurğuladı:

“Qiymət artımı bütövlükdə dünyada baş verən proseslərdən asılıdır.  Elə ölkə var ki, orada qiymətlər 10%, eləsi var ki, 20%, eləsi də var ki, 30% artır. Azərbaycan dünyadan təcrid deyil və bu baxımdan dünyada baş verən proseslərin ölkəmizə də təsiri var. Lakin Azərbaycan hökuməti bu kimi məsələlərdə maksimum çalışır ki, insanların sosial vəziyyətini nəzərə alsın. Bu, hökumətin hər zaman diqqətdə saxladığı bir məsələdir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Putin-Sərkisyan görüşü – Qarabağ müzakirədə…

%d bloqqer bunu bəyənir: