24 saat

Qiymətlər 2017-də 9,5 faiz artacaq


7FD52F32-F0EF-4AA7-8A18-4755A82F6087_w640_r1_cx11_cy0_cw78_s2016-cı ildə Azərbaycanda 3 faizlik iqtisadi geriləmə proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun hazırladığı “World Economic Outlook”hesabatında belə deyilir.

Report-un xəbərinə görə, fond 2015-ci ildə ümumi daxili məhsulun 1,1 faiz artdığını qeyd edir. 2017-ci ildə isə bu göstəricinin 1 faiz civarında artacağını proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu qeyd edib ki, 2015-ci ildə istehlak qiymətləri 4 faiz artıb. Bu göstərici 2016-cı ildə 12,8 faiz, 2017-ci ildə isə 9,5 faiz olacaq.

Aprelin 9-da Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev qeyd etmişdi ki, bu ilin birinci rübündə ümumi daxili məhsulun həcimi azalıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: