Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qiyas İbrahimova “Rəssam” ləqəbi verildi

Heydər Əliyevin heykəlinin postamentinə yazı yazdıqdan sonra narkotik saxlamaq ittihamı həbs edilən siyasi məhbus Qiyas İbrahimova “Rəssam” ləqəbi verilib.

Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onun Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F… the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəal haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qiyas İbrahimovun üstündən 2 qram, evindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Mayın 16-da Qiyas İbrahimovun ona dəhşətli işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb. Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubuna münasibət bildirməyiblər.

Mənbə bildirir ki, “Bütün türmələrdə Qiyasa böyük hörmət var. Avtoritetlər ona “Rəssam” ləqəbini veriblər”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bakıda adam vuran ”Range Rover”in sürücüsü xanım imiş… – FOTO

%d bloqqer bunu bəyənir: