Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
enver_seyidov

Qiyas İbrahimova 10 il verən hakim Ağır Cinayətlər Məhkəməsinin sədri olmaq istəyir – İDDİA

Ənvər Seyidov bu qərarı ilə Mahmud Nəbiyevin yerinə iddialı olduğunu ortaya qoydu

Xəbər verdiyimiz kimi, 25.10.2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidov NİDA vətəndaş hərəkatının üzvü, Heydər Əliyevin heykəlinin üzərinə 10 Mart tarixində “QUL BAYRAMINIZ MÜBARƏK” yazan Qiyas İbrahimova dövlət ittihamçısının tələbindən çox iş verərək yenidən gündəmə gəlib.

Buna qədər, İsgəndər Həmidovun işindən verilən şikayəti geri qaytarması ilə məşhurlaşan Ənvər Seyidov bu özfəaliyyətinin nəticəsində Ali Məhkəmənin hakimi vəzifəsindən 1-ci instansiya məhkəməsinə “göndərilmişdi”.

24saat.org saytının əldə etdiyi məlumata görə, Ənvər Seyidovun çıxardığı bu dəfəki qalmaqallı qərarı da, əvvəlki qərarları kimi əleyhinə işləyəcək. Belə ki, onsuz da siyasi məhbus statusunu təmin etmiş Qiyas İbrahimova prokurorun 9 il tələbindən artıq iş verilməsi ölkə rəhbərliyini beynəlxalq qurumlar qarşısında lap pis vəziyyətə salmış olacaq.

Lakin məlumatı bizə verən mənbə iddia edir ki, xarakter baxımından vəzifə hərisi olan Ənvər Seyidov Qiyas İbrahimova 9 il əvəzinə 10 il iş verən zaman özünü İlham Əliyevə Ağır Cinayətlər Məhkəməsinin hazırkı sədri, 59 yaşlı Mahmud Nəbiyevdən daha sadiq şəxs kimi təqdim etməyə çalışıb. Başqa sözlə, bu zaman o, dövləti və ya ölkə başçısını deyil, sırf özünü düşünərək belə bir ağılasığmaz addım atıb.

Mahmud Nəbiyev

Mahmud Nəbiyev

Ənvər Seyidovun hüquq adına ləkə olan bu addımın ölkə başçısı tərəfindən necə dəyərləndiriləcəyini zaman göstərəcək. Amma əminliklə demək olar ki, onun Qiyas İbrahimova qarşı çıxardığı qərar hazırkı iqtidar üçün ciddi başağrısına çevriləcək.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

ŞAHİN GÜNÜ – Zabil MÜQABİLOĞLU

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: