Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qısamüddətli müharibə ola bilər” -Erməni komandir

Bu ilin sentyabr, oktyabr aylarında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət yenidən gərginləşə bilər.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan xüsusi təyinatlıların kəşfiyyat diviziyasının yaradıcısı və komandiri Vova Vardanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ordusunda ciddi hərbi hazırlıqlar görülür: “Avqust ayında Azərbaycanda Türkiyə ordusunun dəstəyi ilə xüsusi təyinatlıların hazırlıq kursları başa çatacaq. Həmin hərbçilər daha sonra ordu sıralarına göndəriləcəklər. Bu baxımdan hesab edirəm ki, Qarabağda vəziyyət payız aylarında yenidən gərginləşə və qısamüddətli müharibə ola bilər. Azərbaycan tərəfi yaxşı bilir ki, havanın nəm olması bizim xeyrimizə deyil. Əgər biz onlara qarşı texnika çıxarsaq, onda həmin texnika palçığa batıb qalacaq”.( azvision.az)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Pyotr Poroşenko Bakıya gəldi

%d bloqqer bunu bəyənir: