24 saat

Qırğız hökuməti istefaya göndərilib


Qırğız Respublikasının hökuməti tam tərkibdə istefaya göndərilib.

Qırğız KİV-i xəbər verir ki, bu haqda ölkə prezidenti Almazbek Atambayev oktyabrın 26-da sərəncam imzalayıb.

Məlumata görə, hakim koalisiyanın dağılması hökumətin istefaya göndərilməsinə səbəb olub.
Qeyd edək ki, koalisiyaya Qırğız Sosial-Demokrat, Qırğızıstan, “Onuquu-Proqres” və “Ata Meken” partiyaları daxil idi. Koalisiya 2012-ci il noyabrın 2-də yaranıb. İnformasiyaya görə, sosial demokratların koalisiya üzvləri ilə razılaşmayaraq, ittifaqdan çıxması hökumətin dağılmasına səbəb olub.(Report)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: