Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qazaxıstanda qadın prezident seçilə bilər

Qazaxıstan prezidenti Nursultan Nazarbayev respublikanın ali postuna qadının seçilə biləcəyini istisna etmir. Modern.az xarici mediaya istinadən bildirir ki, o, belə bəyanatla “Qazaxzıstanın prezidenti qadın seçilə bilərmi” sualına cavab verərkən çıxış edib.

“Nəyə görə siz elə hesab edirsiniz ki, Qazaxıstanda qadın prezident ola bilməz? Hər şey mümkündür. Özü də buna hazır olan qadınlar da var”, – Nazarbayev vurğulayıb.

Onun sözlərinə görə, parlamentdəki deputatların 30 faizi qadınlardır, hökumətin tərkibində də bir neçə qadın nazir var. Prezident zarafatyana onu da qeyd edib ki, üç qız atasıdır və qadınlara xüsusi münasibəti var.

Nazarbayevin böyük qızı Dariqa respublikanın baş nazirinin müavinidir. O, keçmişdə vitse-spiker və parlamentin aşağı palatasının deputatı, bir sıra ictimai təşkilatın rəhbəri olub.
Ortancıl qızı Dinara Nursultan Nazarbayev adına təhsil fondunun rəhbəridir, həyat yoldaşı , iş adamı Timur Kulibaevlə Qazaxıstanın Xalq əmanət bankında mühüm paya malikdir.
Kiçik qızı Aliya biznesmen Daniyar Xasenovla evlidir, tikinti firmasının direktorlar şurasının sədridir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Polis prezidentin salamını almadı – Video

%d bloqqer bunu bəyənir: