Qazaxıstan sələfiləri ittiham edir

Qazaxıstanın təhlükəsizlik rəsmiləri deyirlər ki, İslamın ultra-mühafizəkar qanadı baş tutmamış terror hücumunun arxasında durur.

Milli Təhlükəsizlik Komitəsi (KNB) iyunun 29-da bildirib ki, terror hücumları planlaşdıran qrupun üzvlərini saxlayıb. Məlumata görə, şübhəlilərdən biri partlayıcı qurğu vasitəsilə özünü öldürüb.

KNB rəhbəri Vladimir Zhumakanov iyunun 30-da jurnalistlərə söyləyib ki, saxlanan altı nəfər sələfilərdir, ancaq onların bu ayın əvvəlində Aktobedə törədilən hücumla bağlılığı olmadığını da vurğulayıb.

Aktobe hücumlarında təhlükəsizlik qüvvələri 18 hücumçunu öldürmüşdü. Silahlılar isə 7 nəfəri qətlə yetirmişdi. Hakimiyyət hücum edənlərin İŞİD qruplaşmasına rəğbət bəslədiklərini deyir.

Prezident Nursultan Nazarbayev həmin hücumçuların da sələfilər olduğunu bildirmişdi.

Loading...

24saat.org saytının əməkdaşı və ReAl üzvü saxlanılmadan öncə bunları deyib – SƏS YAZISI

Sonrakı Yazı »

Qazaxıstanda 6 radikal islamçı saxlanıldı

%d bloqqer bunu bəyənir: