Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qazaxda qadını qətlə yetirən şəxs daha bir nəfəri öldürübmüş

Qazaxda Gürcüstan vətəndaşı olan qadını öldürdüyünə görə həbs olunan şəxsin daha bir nəfəri qətlə yetirməsi məlum olub.

DİN-in mətbuat xidməti xəbər verir ki, Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş Eldəniz Babayevin ətrafında Qazax RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Elmiranın azyaşlı qızı Fatiməni də boğaraq qətlə yetirməsi müəyyən edilib. Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.

Faktla bağlı araşdırma aparılırır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakı sakini Türkiyə vətəndaşını öldürdü

%d bloqqer bunu bəyənir: