Advertisements
24 saat

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub


Bir neçə gün əvvəl Qazax rayonunda tapılmış naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib.

24saat.org Report-a istinadən xəbər verir ki, meyit Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsusdur.

Qadının qətlində Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev şübhəli bilinir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata görə, iyunun 19-da səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib. Məlumatda həmçinin meyitin göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri olduğu qeyd edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: