Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qazaxda fahişəxana aşkarlanıb – FOTO

Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb.

24saat.org Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şəmkir sakininin qadınları toplayaraq fahişəliklə məşğul olduğu müəyyən edilib.

Qazaxa gələn Nuriyyə Qurbanova kirayə ev tutaraq orada müxtəlif məbləğdə pul müqabilində qadınların əxlaqsızlıqla məşğul olmasına şərait yaradıb. Saxlanılan qadın əməlini etiraf etməyib. O, Qazaxda kafelərdən birində ofisiant işlədiyini bildirib. Amma qadının evində qalan Gülər Məmmədova onun dediklərinin əksini söyləyib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Səmra Rəhimli “İnstaqram”ı titrətdi – FOTOLAR

%d bloqqer bunu bəyənir: