Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
30884

Qazax Prokurorluğundan Baş Prokurora ŞİKAYƏT…

Qazax Prokurorluğu yeniyetmənin müdafiə hüquqlarını pozur…

Ağstafa rayon sakini Rafət Mustafayev Moderator.az vasitəsilə yetkinlik yaşına çatmayan oğlu Aqşin Mustafayevin hüquqlarının Qazax rayon Prokurorluğunda pozulması barədə ölkə prezidentinə və Baş Prokurora şikayət edib.

Müraciət müəllifi şikayətində oğlu Aqşin Mustafayevin yetkinlik yaşına çatmamasını, barəsində Qazax rayon Prokurorluğunda istintaq aparıldığını, cinayətin digər iştirakçısı Nadir Əhmədovun istintaqa cəlb edilməməsini qeyd etməklə yanaşı oğlunun müdafiə hüququnun pozulmasını da xüsusilə qeyd edir.

Belə ki, Rafət Mustafayev oğlunun ilkin dindirmədə qanuni nümayəndənin iştirakı ilə dindirilməli olduğu halda bu hüquqdan məhrum olduğunu, Qazax rayon Prokurorluğundan dövlət hesabına təyin edilmiş vəkilə ettiraz etdiyini, müqavilə əsasında iki vəkili işə cəlb etdiyini, lakin həmin vəkillərin aktiv müdafiə həyata keçirməsinə Qazax rayon Prokurorluğu maneçilik törətdiyini bildirir. R.Mustafayev oğlunun ifadəsi alınan zaman vəkilin ona məsləhətlər verməsinə müstəntiq imkan vermədiyini və ona görə də oğlunun ifadə verməkdən imtina etdiyini və iş üçün əhəmiyyətli olan xüsusatların araşdırılmasında Qazax rayon Prokurorluğunun maraqlı olmamasını qeyd edir.

Əməkdaşımız qeyd edilənlərlə bağlı A.Mustafayevin vəkili Əziz Qənbərovla əlaqə saxlayıb və o da olanları təsdiq edərək yaxın saatlarda Qazax rayon Prokurorluğuna etiraz məsələsinin həll edilməsi üçün vəsatət qaldırılacaqlarını bildirdi.

Mövzuya qayıdacağıq.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

26 rayonda müəllimlər imtahan verəcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: