Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
1-2

Qaz sayğacları qiymət artımını necə hesablayacaq? – RƏSMİ

Azərbaycan Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Bəs smart tipli sayğaclarda hesablama necə aparılacaq?

24saat.org  modern.az-a istinadən xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məsələ ilə bağlı açıqlama verib.

Qurum rəsmisi deyib ki, narahatlıq üçün heç bir əsas yoxdur, sistem yeni tariflərə uyğunlaşdırılacaq:

“Abonent smart tipli sayğaca pulunu köçürəcək. 1500 kubmetrə qədər köhnə qiymətlə qəbul ediləcək. Yəni, il ərzində qaz kartına yüklənən 1500 kubmetrədək (150 manatadək) qaza görə hər kubmetr 10 qəpikdən hesablanacaq. 1500 kubmetrdən sonra isə yeni qiymətlə – 20 qəpikdən hesablanacaq. Sayğaclar özü bunu tənzimləyəcək”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Cavid Qurbanov: “Dəmir yollarında da qiymətlər qalxacaq”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: