Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qaynana” ləqəbli deputatın azadlığa buraxılmasından 2 il ötür

05.05.05 2014-cı il tarixində Azərbaycan parlamentinin və Yeni Azərbaycan Partiyasının sabiq üzvü Gülər Əhmədovanın azadlığa buraxılmasından 2 il ötür.

24saat.org bildirir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Daha sonra o, Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilərək məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.

Xatırladaq ki, sabiq deputat Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilərək azadlığa buraxılıb.

Yayımladığı videolarda Gülər Əhmədovaya bizə məlum olmayan səbəblərdən “qaynana” deyə xitab edən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev iddia edirdi ki, Gülər Əhmədova ondan deputat olması üçün 2 milyon manat pul alaraq Ramiz Mehdiyevə verib.

24saat.org

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sarksiyan qorxdu: `DQR` tanınmayacaq

%d bloqqer bunu bəyənir: