Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qaxda bayraq meydanı tikilir

Qaxda bayraq meydanının tikintisinə başlanılıb.

Mart ayından başlanan meydan şəhərin girişində inşa edilir.

Kanal S (Region TV) xəbər verir ki, Bayraq meydanı Qədim və müasirliyi özündə birləşdirən bir görünüşə malik olacaq. Hündürlüyü 55 metr olan bayrağın rayonun müxtəlif nöqtələrindən aydın görüləcəyi planlaşdırılır.

Meydan 3 hissəddən ibarət olacaq. Nəqliyyat vasitələri üçün dayanacaq həmçinin bağ hissədən ibarət meydanın daxilində muzey, tarixi ekspozisiya nümayişi zonasının, şəhər informasiya mərkəzinin də tikiləcəyi nəzərdə tutulub. 3 hektar sahədə tikiləcək meydanın tikinti sahəsi 1 hektardır. Ərazinin həyətyanı sahəsində meydan, park və gəzinti zonası, ağaclıq, yaşıllıq zonası olacağı da bildirilib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Bir çox hallarda qanunlar elə hakimlərin özləri tərəfindən pozulur”

%d bloqqer bunu bəyənir: