Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qardaş və bacı bıçaqlandı

Gədəbəy rayon sakini Bakıda qardaş və bacını bıçaqlayıb, onlardan biri ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, avqustun 21-də Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı – Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Nəticədə Anar hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Qazaxıstanda yeni terror aktına cəhd – SON DƏQİQƏ

%d bloqqer bunu bəyənir: