Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
z_qaralov-300x225

Qaralov prokuroru işdən qovdu

Bakı Şəhər Prokurorluğunun əməkdaşı işdən çıxarılıb. Bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı şəhər Prokurorluğunda istintaqa nəzarət şöbəsinin prokuroru Elçin Ələkbərov prokuror vəzifəsinə yaraşmayan hərəkətlərə yol verdiyi üçün orqandan xaric edilib.

Məlumata görə, E. Ələkbərov qardaşının törətdiyi cinayətin qarşısını almadığı üçün işdən çıxarılıb. Belə ki, onun qardaşı Emin Ələkbərli Bakı şəhər sakini Nicat Quliyevi döyüb. Hadisə baş verən zaman Elçin Ələkbərov da orada olub. O, hadisənin şahidi olsa da, vəzifə borcunu yerinə yetirməyərək cinayətin qarşısını almayıb.

Onu da əlavə edək ki, sabiq prokurorun qardaşı E. Ələkbərlinin N. Quliyevi döyməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Hazırda həmin iş üzrə məhkəmə gedir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bu şəxslər xüsusi nəzarətə götürüləcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: