Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qarabağ”la oyunda 2 xal itirdik, bu dəfə qələbə qazanmalıyıq”

24saat.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Slovan”ın təcrübəli futbolçusu Milan Baroş deyib.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Liberets təmsilçisi II turda PAOK-u qəbul edəcək. Matçdan öncə keçirilən mətbuat konfransında Baroş da iştirak edib.

35 yaşlı forvard söhbət əsnasında “Qarabağ”la Bakıda keçirdikləri matçı (2:2) da xatırlayıb: “Bu mərhələdə hər xalın böyük rolu var. “Qarabağ”la görüşdə 2 xal itirdik. Odu ki, indi bizi qələbədən başqa nəticə qane edə bilməz. Qalib gəlməyə köklənmişik. Fikrimcə, bunun öhdəsindən gəlmək üçün yaxşı şansımız var. PAOK-un öz oyun tərzi var. Xüsusilə, hava toplarında təhlükəlidilər. Ən üstün cəhətləri isə rəqibi əsəbləşdirməyi bacarmaqlarıdı”.

Qeyd edək ki, bu gün keçiriləcək “Slovan” – PAOK matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

‘Qəbələ’ Almaniyanın “Maynts” klubuna məğlub oldu

%d bloqqer bunu bəyənir: