Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qarabağın taleyi: Payızda hər şey dəyişə bilər

Azərbaycanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcəyindən sentyabrda Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin yaranacağı ehtimalı azdır. Ancaq bu ərəfələrdə problemin həlli ilə bağlı aparılan danışıqlarda tərpəniş olmazsa, payızda vəziyyət ciddi şəkildə gərginləşə bilər.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumatlılığı ilə seçilən politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, artıq problemin həlli ilə bağlı tərəflərə müəyyən təkliflər verilib. İndi növbə həmin təkliflərə konkret cavab verməyin zamanıdır: “Adətən, avqust ayında hər yerdə tətil olduğundan hansısa görüşlərin keçirilməsi nəzərdə tutulmur. Lakin fərz edirəm ki, payızda Azərbaycan və Ermənistan arasındakı danışıqlarda müəyyən fəallaşma müşahidə olunacaq. Hər halda artıq elan olunub ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü gözlənilir. Əvvəlcə bunun avqust ayında olacağını deyirdilər, amma hiss olunur ki, görüşün vaxtı daha sonraya keçirilib. Xarici işlər nazirlərinin görüşünün nəticələrindən asılı olaraq prezidentlərin də görüşü baş tuta bilər”.

Millət vəkilinin fikrincə, indi hər şey Ermənistanın özünü necə aparacağından və buradakı vəziyyətdən asılıdır: “İndi Ermənistanda vəziyyət mürəkkəbdir. Bir tərəfdən hakimiyyətin xeyir-duası ilə süni etiraz dalğası yaradılır. Bu onun üçün edilir ki, müqavimət imkanları olsun və desinlər ki, biz bu təklifləri qəbul edə bilmərik, çünki etirazlar var, terror ola bilər və s. Reallıq isə ondan ibarətdir ki, Serj Sarkisyan hansısa razılaşmaya gedəcəksə, ölkədəki radikalları mütləq zərərsizləşdirməlidir. Çünki onlar, doğrudan da, terror da törədə bilərlər, digər yaramaz hərəkətlər də edə bilərlər”.

Politoloq hesab edir ki, əgər payızda danışıqlar yenidən dayansa və heç bir irəliləyiş olmazsa, cəbhədə vəziyyət yenə də gərginləşə bilər: “Azərbaycan öz qoşunlarını təmas xəttindən uzaqlaşdırmayıb. Ona görə də vəziyyət yenə də qısa zamanda gərginləşə bilər. Müəyyən mənada avqust ayını tətil hesab etmək olar. Amma payızda da vəziyyət belə davam etsə, çətin ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında sakitcə oturub həyatlarını davam etdirə bilsinlər”.

Qeyd edək ki, millət vəkili hələ bir müddət öncəki açıqlamalarında bildirmişdi ki, bu ilin sonunadək Dağlıq Qarabağ probleminin həllində irəliyə doğru dəyişiklik gözlənilir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Ankaradan Bakını qurban vermək tələb edilə bilər” – FƏTÖ gizlinləri

%d bloqqer bunu bəyənir: